Yuxarı
loading...
loading...

Temperatur enəcək, güclü külək əsəcək XƏBƏRDARLIQ

13.09.2018 23:36 Oxunma sayı: 1340

Havanın temperaturunun 4-6 dərəcə aşağı enəcəyi gözlənilir.

Bunu  açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, hazırda payızın ilk ayı olan sentyabr mülayim isti hava şəraiti ilə səciyyələnir:

“Havanın maksimal temperaturu 27-32 dərəcə təşkil edir:

“İkinci ongünlüyün ikinci yarısında isə hava bir qədər sərinləşəcək, ayın 17-dən şimal küləyinin arabir güclənəcəyi, bu günlərlə müqayisədə temperaturun tədricən 4-6 dərəcə aşağı enəcəyi gözlənilir”.

Umayra Tağıyeva qeyd edib ki, yay aylarında havanın temperaturunun iqlim normasından yüksək olduğu günlərdən də danışıb:

“2018-ci ilin yay fəslində ən isti iyul ayı keçib. Avqust ayında havanın temperaturunun iqlim normasından yüksək olan günlərin sayı 17 gün təşkil edib”.

 

loading...