Yuxarı
loading...
loading...

Aviqdor Liberman İlham Əliyevlə danışıqlarda YENİLƏNİB

13.09.2018 18:00 Oxunma sayı: 2637


Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

 görüşdə Azərbaycanla İsrail arasında iqtisadi, hərbi, mədəniyyət, turizm sahələrində əlaqələrin inkişafından məmnunluq bildirildib, Aviqdor Libermanın ölkəmizə səfərinin əməkdaşlıq işinə öz töhfəsini verəcəyinə ümidvarlıq ifadə olunub.

Söhbət zamanı Azərbaycanda digər icmalarla yanaşı, yəhudi icmasının nümayəndələrinin də dinclik və əmin-amanlıq şəraitində yaşamaları üçün hər cür şəraitin yaradıldığı qeyd olunub, onların ölkəmizin ictimai həyatında fəal rol oynadıqları bildirilib.

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev sentyabrın 13-də İsrail Dövlətinin müdafiə naziri Aviqdor Libermanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb.


loading...