Yuxarı
loading...
loading...

Neft satışından gəlirlərimiz artıb, qazdan azalıb

13.09.2018 16:27 Oxunma sayı: 1364


2018-ci ilin yanvar-avqust aylarında gömrükdə Azərbaycandan bəyan olunmuş qaz həcminin ixracı 4 mlrd. 631 mln. 59,99 min kubmetr, neftin bəyan edilmiş həcmi 19 mln. 934,911 min ton təşkil edib.

Dövlət Gömrük Komitəsindən  bildiriblər ki, dəyər ifadəsində Azərbaycandan 877 mln. 666,17 min dollar məbləğində qaz ixrac edilib.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə yanvar-avqust aylarında qaz ixracı miqdar ifadəsində 10,7%, dəyər ifadəsində 5,3% azalıb. 

Neftə gəlincə, Azərbaycandan 10 mlrd. 493 mln. 533,73 min dollar dəyərində 19 mln. 934,911 min ton neft ixrac olunub. 2017-ci ilin yanvar-avqust ayları ilə müqayisədə hesabat dövründə neft ixracı miqdar ifadəsində 50,2 %, dəyər ifadəsində 2,1 dəfə artıb. 


loading...