Yuxarı
loading...
loading...

Liberman Bakıya nə ilə gəlir? 2019-cu il üçün yeni tədarük ŞƏRH

12.09.2018 12:40 Oxunma sayı: 2681


İsrail baş naziri Aviqdor Libermanın Gürcüstan və Azərbaycana səfəri zamanı hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri müzakirə ediləcək. 

Bu fikirləri  açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov deyib. 

Onun sözlərinə görə, Azərbaycan üçün bu səfər ona görə əlamətdardır ki, biz bundan sonra güc strukturlarının döyük qabiliyyətini daha da gücləndirəcək və artıracağıq. 

“Görüşlərdə regional təhlükəsizlik, Azərbaycan və İsrail arasında hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və maraq doğuran digər məsələlər müzakirə olunacaq. Sirr deyil ki, İsrail son illər nəinki digər sahələrdə, o cümlədən hərbi sahədə Azərbaycanla ikitərəfli münasibətlərə çox böyük əhəmiyyət verir”, - müsahibimiz bildirib.

O əlavə edib ki, şübhəsiz ki, Azərbaycanın düşmənləri bu səfərlə bağlı müxtəlif nağıllar uyduracaqlar, ancaq biz ötən illərdə olduğu kimi, bu cür təxribatçı fikirlərə uymamalıyıq və yəqin ki, uymayacağıq. 

“Ölkənin güc strukturlarının döyüş qabiliyyətini artırmaq üçün biz lazım olan hər şeyi etmişik və edirik. Ümid edirəm ki, bu ilin sonu və gələn ilin əvvəllərində Azərbaycan Silahlı Qüvvələrinin arsenalına dünyanın müxtəlif ölkələrindən, o cümlədən İsraildən daha da müasir silahlar və hərbi təyinatlı mallar daxil olacaq. Hansı avadanlıqların olacağı isə ilin sonunda BMT-də təmsil olunan ölkələrin rəsmi məlumatında açıqlanacaq”, - hərbi ekspert deyib. 

Onun sözlərinə görə, burada ikitərəfli və regional münasibətlərə dair bütün məsələləri nəzərə almaq lazımdır. 

“Görüşlərdə təkcə müdafiə naziri ilə deyil, digər güc strukturları ilə bağlı məsələlər də müzakirə ediləcək. İsrail hərbi sənaye kompleksinin xətti ilə bizim ölkəmizlə əməkdaşlıq etmək niyyətindədir”, - müsahibimiz qeyd edib. 

Xatırladaq ki, İsrail müdafiə naziri Aviqdor Liberman bu gün Gürcüstan və Azərbaycana rəsmi səfərə gəlir.


loading...