Yuxarı
loading...
loading...

Türkmənistandan gələn toz-duman Bakını bürüdü

05.09.2018 22:05 Oxunma sayı: 2690


Azərbaycan ərazisində toz-duman müşahidə olunur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən  verilən məlumata görə, mütəxəssislərin apardığı monitorinqlərin nəticələrinə əsasən, sentyabrın 5-də ölkə ərazisində havada olan tozun miqdarının sanitar normadan artıq olduğu məlum olub. 

Buna səbəb ölkə ərazisinə cənub-şərq hava axınları vasitəsilə Türkmənistandan toz-dumanının daxil olmasıdır.

Havanın keyfiyyətini ölçən avtomatik və stasionar monitorinq stansiyalarından alınan məlumata görə, saat 15:00-da Bakı və Abşeron yarımadasında tozun miqdarının sanitar normadan 3,6 dəfə yuxarı olduğu qeydə alınıb.

Meteoroloji proqnoza əsasən, tozlu hava şəraitinin sabah günün birinci yarısınadək davam edəcəyi gözlənilir.


loading...