Yuxarı
loading...
loading...

Hansı banklar zərərlə işləyir? Siyahı

20.08.2018 16:39 Oxunma sayı: 2373


Azərbaycanda fəaliyyət göstərən bir sıra banklar cari ilin altı ayını zərərlə işləyiblər. 

Bu bankların sırasına “MuğanBank”, “AG Bank”, “AmrahBank”, “Accessbank”, “Nikoil Bank” və “Bank VTB” daxildir. 

“MuğanBank”ın 2018-ci ilin II rübü üzrə açıqladığı kapitalın strukturu və adekvatlığı hesabatına əsasən, maliyyyə qurumunun zərəri 2 milyon 774 min manat olub. Cari ilin birinci rübündə bu rəqəm 1 milyon 824 min manat təşkil edib. 

 

İkinci rübü zərərlə başa vuran “AG Bank”ın zərəri  5 mln.139 min manat, “AmrahBank”ın zərəri 8 mln. 081 min manat, “Access Bank”ın zərəri 10 mln. 887 min manat, “Nikoil Bank”ın zərəri 45 mln. 860 min manat, “Bank VTB”-nin zərəri 250 mln. 371 min manat olub.

Qeyd edək ki, ikinci rübdə birinci rüblə müqayisədə adıçəkilən bankların zərəri artıb. Belə ki, cari ilin yanvar-mart aylarında “AG Bank”ın zərəri 3 mln. 223 min manat, “AmrahBank”ın zərəri 5 mln. 384 min manat, “Accsess Bank”ın zərəri 8 mln. 601 min manat, “Nikoil Bank”ın zərəri 309,32 min manat, “Bank VTB”-nin zərəri 247 mln. 412 min manat olub. 

“Bank VTB”-nin hər iki rübü böyük zərərlə başa vurmasının səbəbinə gəlincə, bank aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatların yaradılmasına cari ilin birinci rübündə 237 mln. 430 min manat ayırıb.

Bunu gəlirindən çıxaraq xalis zərəri birinci rübdə 247 mln. 412 min manata, ikinci rübdə 250 mln. 371 min manata çatdırıb. Ehtiyata ayırmaların bu qədər çox olması isə bankda riskli və təhlükəli aktivlərin çox olmasından xəbər verir. 

Zərəri böyük həcmdə şişən “Nikoil Bank”da aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 63 mln. 429 min manat ayrılıb. 


loading...