Yuxarı
loading...
loading...

“Toppuş bacı” yenidən xəstəxanaya yerləşdirildi

20.08.2018 20:05 Oxunma sayı: 1293


Əməkdar artisti Tünzalə Əliyeva yenidən xəstəxanaya yerləşdirilib.

Bir neçə gün öncə əməliyyat olunaraq evə buraxılan aktrisada yenidən bədxassəli şiş aşkarlanıb.

Məsələ ilə bağlı Oxu.Az-a açıqlama verən Tünzalə bildirib ki, hazırda xəstəxanadadır:

“Bu gün xəstəxanaya yerləşdirilmişəm. Əməliyyatdan sonra yenidən analiz vermişdim. Ayağımda olan limfa vəzilərindən birində bədxassəli şiş aşkarlayıblar. Kimyaterapiya alacam. 25 şüa qəbul etməliyəm, altı dəfə isə kimyaterapiyaya getməliyəm. Əslində, xəstəxanada qalmalıyam, amma uşağımdan ötrü darıxıram, ona görə icazə versələr, evə gedəcəm”.

Məlumat üçün bildirək ki, “Toppuş bacı”nın uşaqlıq yolundan bədxassəli şiş kəsilmişdi. 

Onu da qeyd edək ki, aktrisanın yenidən xəstəxanaya yerləşdirilməsi barədə xəbəri Axsam.az saytı yayıb.


loading...