Yuxarı
loading...
loading...

Qətərin 15 milyard dolları lirəni xilas etmədi

20.08.2018 19:00 Oxunma sayı: 2369


Bu gün səhər saatlarında Türkiyədə aparılan valyuta əməliyyatlarında 5,99 lirə təşkil edən dollar yenidən yüksəlişə keçib.

 Türkiyə vaxtı ilə saat 10:20-yə lirənin məzənnəsi dollara nisbətdə 1,94 faiz ucuzlaşaraq, 1 dollar 6.12 lirəyə bərabər olub.

Avroda isə bahalaşma 1,43 faiz təşkil edib. Hazırda 1 avro 6,9 lirə təşkil edir.

 

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankının açıqladığı rəsmi məzənnəyə əsasən, bu gün 1 türk lirəsi 0,2835 manata bərabər olub. Lirə manata nisbətdə ötən həftə ilə müqayisədə geriləyib. 

Xatırladaq ki, Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırması layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımın atılması dolların 6 lirədən aşağı düşməsinə səbəb olmuşdu. 


loading...