Yuxarı
loading...
loading...

Səfir: Xəzərlə bağlı İşçi Qrupunun ilk toplantısı Azərbaycanda keçiriləcək

20.08.2018 17:23 Oxunma sayı: 2367


Xəzərin hüquqi statusu haqqında Konvensiyanın imzalanması mühüm tarixi hadisədir. Xəzəryanı ölkələr bu razılaşma üzərində 20 ildən çox işləyiblər.

Bu sözləri Rusiyanın Azərbaycandaki səfiri Mixail Boçarnikov avqustun 20-də keçirilən mətbuat konfransında deyib.

Səfir qeyd edib ki, bu Konvensiya milli maraqlara cavab verən və qarşılıqlı fayda verəcək razılaşmadır:

“Xəzər dənizində artıq beynəlxalq hüquqi rejim müəyyən edilib. Bu sənəd Xəzəryanı ölkələr arasında mehriban qonşuluq əlaqələrini daha da möhkəmləndirəcək”.

M.Boçarnikov diqqətə çatdırıb ki, Xəzəryanı dövlətlərin başçıları tərəfindən İşçi Qrupu yaradılıb və İşçi Qrupunun ilk yüksək səviyyəli toplantısı bu ilin sonuna qədər Azərbaycanda keçiriləcək.


loading...