Yuxarı
loading...
loading...

İspaniyada bıçaqlı şəxs polislərə hücum etdi

20.08.2018 16:54 Oxunma sayı: 2388


Bu gün səhər saatlarında naməlum şəxs Kataloniyada polislərə bıçaqla hücum edib. Hadisə Barselonanın Kornelya-de-Lobreqat bölgəsində baş verib. 

Əslən Əlcəzairdən olan şəxs “Allahu Əkbər” qışqıraraq, polis bölməsinə daxil olub.

O zərərsizləşdirilib. 

Qeyd edək ki, ötən ilin avqustunda İspaniyada silsilə teraktlar baş verib. 2017-ci il avqustun 17-də Barselonaın Rambla küçəsində avtomobil insanların üzərinə çıxıb. Analoji hadisə avqustun 18-də Kambrilsedə baş verib. Hadisələr zamanı 16 nəfər ölüb, 137 nəfər yaralanıb.


loading...