Yuxarı
loading...
loading...

Şeyx sözünün üstündə durdu: Qətər və Türkiyə 15 milyardlıq sazişə imza atdılar

20.08.2018 15:18 Oxunma sayı: 2368


Türkiyə Mərkəzi Bankı və Qətərin Mərkəzi Bankı Dohada valyuta mübadiləsi üzrə ikitərəfli saziş (svop sazişi) imzalayıblar.

Sənəd Qətərin Türkiyə iqtisadiyyatına 15 milyard dollar yatırması layihəsinin həyata keçirilməsi istiqamətində ilk addımdır.

Sənədi Türkiyə Mərkəzi Bankının sədri Murat Çetinkaya və onun qətərli həmkarı Abdulla bin Saud əl-Tani imzalayıblar.

Sazişin məqsədi ölkələr arasında ticarət əməliyyatları zamanı milli valyutalarda qarşılıqlı hesablaşmaların aparılmasının sadələşdirilməsi, həmçinin maliyyə sabitliyinə dəstəkdir. Bundan başqa, saziş Türkiyənin maliyyə ehtiyatlarının möhkəmlənməsinə yardım edəcək.

Xatırladaq ki, bundan əvvəl Ankarada görüş zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Qətər əmiri şeyx Tamim bin Həmad əl-Taniikitərəfli əlaqələri müzakirə etmiş, görüş zamanı qətərli əmir qısa müddətdə Türkiyə iqtisadiyyatına 15 mlrd. dollar birbaşa sərmayə yatıracaqlarını bildirmişdi.


loading...