Yuxarı
loading...
loading...

Türkiyədə zəlzələ baş verdi YENİLƏNİB

20.08.2018 11:25 Oxunma sayı: 1286


Türkiyənin Kahramanmaraş vilayətində Ankara vaxtı ilə saat 18:22-də Rixter cədvəli üzrə 4,8 bal gücündə zəlzələ baş verib.

Yeraltı təkanların episentri Andırın rayonunda qeydə alınıb. Zəlzələ ətraf rayonlarda da hiss olunub. Yeraltı təkanları təlaşla qarşılayan əhali bir müddət küçə və meydanlarda qalıb.

Hələlik dağıntı və xəsarət alanlar barədə məlumat yoxdur.

19 avqust/13:56

Egey dənizinin Türkiyə hissəsində zəlzələ baş verib.

Yerli vaxtla saat 08:46 (Bakı vaxtı ilə 10:46) baş verən zəlzələnin gücü 4,9 bal təşkil edib.

Zəlzələ ocağının yerin 29 kilometr dərinliyində yerləşdiyi bildirilir. Zəlzələnin Türkiyənin Muğla vilayətində yüngül hiss olunduğu bildirilir.


loading...