Yuxarı
loading...
loading...

Ərdoğan nəvəsinə “Serra” adını qoydu və Türkiyəyə mesaj verdi

20.08.2018 14:44 Oxunma sayı: 1295


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yeddinci nəvəsi dünyaya gəlib.

 “Sözçü”yə istinadən xəbərinə görə, Ərdoğanlar ailəsi yeni nəvəyə  Fatima Serra adı veriblər.

Qəzetin yazdığına görə, adın təşəbbüskarı baba Ərdoğandır.

Bilal və Reyyan Ərdoğanların yeni qız övladının ikinci adı “Serra” isə Türkiyəyə verilən mesajdır. Yəni, “Serra” ərəb sözüdür və mənası “Bolluq, səadət, rifah və genişlik” deməkdir.

Qeyd olunur ki, “Quran”dakı iki ayə də məhz bu anlamları özündə ehtiva edir.


loading...