Yuxarı
loading...
loading...

Türkiyə Superliqası: “Beşiktaş” səfərdə 3 xalı üç qolla qazanıb

20.08.2018 20:23 Oxunma sayı: 1277


Futbol üzrə Türkiyə Superliqasının ikinci turunun növbəti oyununda “Beşiktaş” klubu səfərdə “BŞB Ərzurum” komandası ilə qarşılaşıb.

 İstanbul komandası üç xalı rəqib qapısından keçirdiyi 3 qol sayəsində təmin edib. Matç qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün 16-cı dəqiqəsində meydan sahiblərinin heyətində Jasmin Skuk hesabı açıb – 1:0. Fasilədən sonra oyun İstanbul təmsilçisinin üstünlüyü şəraitində keçib. Matçın 53-cü dəqiqəsində Gökhan Gönül, 76-cı dəqiqədə Alvaro Neqredo, 86-cı dəqiqədə isə Rikardo Kuarejma adlarını tabloya yazdırıblar.

Bu qələbə sayəsində xallarının sayını altıya çatdıran “Beşiktaş” çempionatda liderliyə yüksəlib.

Qeyd edək ki, ikinci tur çərçivəsində bu gün keçirilmiş “Akhisarspor” – “Rizəspor” oyunu 1:1 hesabı ilə başa çatıb.


loading...