Yuxarı
loading...
loading...

Xarkov Şəhər Şurasına silahlı basqın olub, ölən var

20.08.2018 13:52 Oxunma sayı: 1389

Avqustun 19-dan 20-nə keçən gecə Ukraynanın Xarkov Şəhər Şurasının binasına silahlı basqın olub.

Gecə 1:00 radələrində silahlı şəxs Xarkov Şəhər Şurasının mühafizəçini yaralayaraq binaya daxil olub.

Hadisə yerinə gələn polis qüvvələrinə qarşı silahlı müqavimət göstərilib, nəticədə bir polis ağır yaralanıb.

Silahlı şəxs əmrə tabe olmadığından polislər tərəfindən məhv edilib. Yaralanan polis xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.


loading...