Yuxarı
loading...
loading...

ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub

20.08.2018 11:32 Oxunma sayı: 2382


ABŞ-ın Türkiyədəki səfirliyinin binası atəşə tutulub.

Hadisə avqustun 19-dan 20-nə gecən gecə baş verib.

Naməlum avtomobildə olan şəxslər paytaxt Ankaranın Atatürk bulvarında yerləşən diplomatik nümayəndəliyin binasına atəş açıblar. Onlar daha sonra hadisə yerindən qaçıblar.

Güllələrdən biri səfirliyin təhlükəsizlik əməkdaşlarının olduğu binanın pəncərəsinə dəyib.

Hadisə nəticəsində xəsarət alan olmayıb.


loading...