Yuxarı
loading...
loading...

Salyanda motosiklet aşıb, sürücü xəsarət alıb

20.08.2018 11:25 Oxunma sayı: 1367


Salyan rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

Hadisə bu gün axşam saatlarında rayonun Xələc kəndi ərazisində qeydə alınıb.

Kənd sakini, 1991-ci il təvəllüdlü Məmmədov Sərvər Ağabəy oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən anidən idarəetməni itirib və yolun kənarına aşıb. Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan sürücü Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.


loading...