Yuxarı
loading...
loading...

Ronaldo “Yuventus”da ilk oyununda rəqibin burnunu sındırdı

19.08.2018 20:45 Oxunma sayı: 1365


Portuqaliyalı hücumçu Kriştianu Ronaldu “Yuventus”un heyətində ilk oyununa çıxıb.

 Ronaldu “Kyevo”ya qarşı matçın son dəqiqələrində top uğrunda mübarizədə rəqibin qapıçısı Stefano Sorrentino ilə toqquşub.

Nəticədə qolkiper huşunu itirib. Görüşdən sonra xəstəxanaya yerləşdirilən S.Sorrentinonun burnunun sındığı məlum olub. Bundan əlavə onun kəllə-beyin travması alması şübhəsi var.

“Kyevo”-Yuventus” qarşılaşması turinlilərin 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. “Qızıl top”un beşqat sahibi oyunda heç nə ilə yadda qalmayıb.


loading...