Yuxarı
loading...
loading...

Terrorçular ABŞ hərbçilərinə hücum etdilər

19.08.2018 11:35 Oxunma sayı: 1372


İŞİD terrorçuları Suriyanın İraqla sərhədində Deyr-əz-Zor vilayətində ABŞ qüvvələrinə üç hücum təşkil ediblər.

Hücumlar avqustun 18-nə keçən gecə ən böyük neft yataqlarında biri sayılan “Əl-Ömər” rayonuna üç istiqamətdə həyata keçirilib.

Onlarla terrorçunun iştirak etdiyi hücumda minalanmış avtomobillərdən istifadə olunub.

Amerikalı hərbçilər ABŞ-ın başçılıq etdiyi Beynəlxalq Koalisiyanın aviasiyasını köməyə çağırıblar.

Ekstremistlərin əksəriyyəti məhv edilib. Hücum zamanı həmçinin beş dinc sakin ölüb.


loading...