Yuxarı
loading...
loading...

Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub

19.08.2018 09:22 Oxunma sayı: 1302


Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya Dövlət Dumasına dəvət olunub.

 M.Çavuşoğlu Ankarada keçirilən hakim Ədalət və İnkişaf Partiyasının VI Qurultayında iştirak edən Rusiya nümayəndə heyətinə yaxınlaşıb. Nazirlə Dövlət Dumasının sədri Vyaçeslav Volodin arasında qısa söhbət olub.

Rəsmilər ikitərəfli münasibətlərin inkişaf perspektivlərini müzakirə edib və qurultayın yekunu üzrə görüş keçirmək qərarına gəliblər.

Rusiyalı spiker türkiyəli naziri Moskvaya növbəti səfəri zamanı Dövlət Dumasına dəvət edib.


loading...