Yuxarı
loading...
loading...

Bakıda avtomobili piyadalara çırpan sürücü həbs edilib

18.08.2018 23:32 Oxunma sayı: 4594


Paytaxtın Xətai rayonunda ölümlə nəticələnən qəza törədən sürücü həbs edilib.

Bakı şəhər Baş Polis İdarəsi və şəhər prokurorluğundan  verilən məlumata görə, avqustun 16-da saat 01:45 radələrində paytaxtın Xətai rayonu ərazisində 1995-ci il təvəllüdlü Elşən Şahverdiyev idarə etdiyi atasına məxsus “Mercedes Benz E 220” markalı 99-FN-212 dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək səkidə 1985-ci il təvəllüdlü Azər Mirzəyev, 1967-ci il təvəllüdlü Fuad Şirinov və 1988-ci il təvəllüdlü Samir Mustafayevi vurub.

Sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb, digər şəxslər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

E.Şahverdiyev iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.


loading...