Yuxarı
loading...
loading...

Yevlaxda yol qəzası baş verib

18.08.2018 15:56 Oxunma sayı: 1325


Yevlax şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1965-ci il təvəllüdlü Yevlax şəhər sakini Əliyev Taleh Əjdər oğlu idarə etdiyi "VAZ-2106" markalı avtomobillə hərəkətdə olarkən anidən yola it çıxıb.

Bu zaman sürücü heyvanı vurmamaq üçün maşını kənara döndərib və idarəetməni itirərək maneəyə çırpılıb. Nəticədə sürücü müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.


loading...