Yuxarı
loading...
loading...

Neft Fondu Türkiyə və Rusiyadakı sərmayələrinin vəziyyətini açıqladı

14.08.2018 15:38 Oxunma sayı: 1275


Qurum hər iki ölkədəki vəziyyəti diqqətlə izləyir

ABŞ-ın sanksiyaları ilə üzləşən Rusiya və Türkiyə iqtisadiyyatında baş verən təlatümlər Azərbaycanın bu ölkələrə yatırdığı vəsaitlərlə bağlı narahatlıqlar yaradıb. Hər iki ölkəyə sərmayə yatıran Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən investisiyalarının durumu ilə bağlı açıqlama verilib.

Fondun İctimaiyyətlə əlaqələr xidmətindən musavat.com-a verilən məlumata görə, qurum tərəfindən investisiya strategiyasının optimallaşdırılması, investisiya portfelinin diversifikasiyasının təmin edilməsi və uzunmüddətli gəlirliliyin yüksəldilməsi məqsədilə aparıcı iqtisadiyyatlara malik ölkələrin (ABŞ, Avrozona və Birləşmiş Krallıq) valyutaları ilə yanaşı, digər ölkələrin valyutalarında ifadə olunan aktivlərə sərmayə qoyuluşları da həyata keçirilir. 

Bu istiqamətdə ARDNF-nin investisiya portfelində Çin yuanı, Koreya vonu, Avstraliya dolları, Rusiya rublu və Türkiyə lirəsi daxil olmaqla digər valyutalar da yer alır: “ARDNF-nin investisiya portfelində cari ilin ikinci rübünün sonuna təqribən 0,9 faiz pay təşkil edən Türkiyə dövlət istiqrazları və təqribən 0,9 faiz pay təşkil edən Rusiyadakı investisiyalar (VTB bankın səhmləri və Moskva şəhərində “Tverskaya 16” ünvanında yerləşən ofis-ticarət mərkəzi) cari bazar konyukturası nəzərə alınmaqla, Fondun hazırkı investisiya strategiyası və müvafiq orta və uzunmüddətli real gəlirlilik gözləntiləri ilə uyğunluq təşkil edir”. 

Fond bildirir ki, bununla yanaşı, ARDNF tərəfindən son zamanlar qeyd edilən ölkələrdə daha çox büruzə verən geosiyasi risklər də nəzərə alınmaqla bütün investisiya portfelinin cari vəziyyəti, bazar konyukturası və gözləntilər ciddi şəkildə təhlil olunur və zəruri olduqda çevik taktiki addımlarla investisiya portfelinə müvafiq dəyişikliklər edilir.


loading...