Yuxarı
loading...
loading...

Belə intihar görülməyib: ailəsinə əsəbləşdi, təyyarəni evinə çırpdı FOTO

14.08.2018 18:27 Oxunma sayı: 1269


ABŞ-ın Yuta ştatından bu vaxta qədər görülməmiş intihar hadisəsi qeydə alınıb.
 
Xarici KİV-ə  xəbər verir ki, bir gün öncə ailəsi ilə mübahisə etdiyi üçün saxlanılan 42 yaşlı Duan Youd adlı pilot sərbəst buraxldıqdan sonra idarə etdiyi təyyarəni evinə çırparaq intihar edib.
 
Əyalət polis rəisi mətbuata verdiyi açıqlamada təyyarənin Spanish Fork hava limanından havaya qalxdığını və hadisə zamanı evdə olan 2 nəfərin xoşbəxtlikdən sağ qaldığını bildirib. Onlar dərhal xəstəxanaya yerləşdirilib.
 
Hadisə şahidlərinin sözlərinə görə, toqquşma zamanı güclü partlayış olub və ev yararsız hala düşüb.
 

 

 


loading...