Yuxarı
loading...
loading...

Məhəmməd Salah polis tərəfindən cəzalandırıla bilər

14.08.2018 15:26 Oxunma sayı: 1284


İngiltərənin "Liverpul" klubunun futbolçusu Məhəmməd Salah cəzalandırıla bilər.

 BBC- verdiyi məlumata görə, səbəb 26 yaşlı misirli yarımmüdafiəçinin avtomobil idarə edərkən mobil telefondan istifadə etməsidir.

İngiltərə polisi bildirib ki, Salahın avtomobildə telefondan istifadə etdiyi anın video görüntüsü mövcuddur. Videoda oyunçu avtomobillə hərəkət edir və onun ətrafında çoxlu sayda azarkeş, həmçinin uşaqlar da var.

"Liverpul" nümayəndəsi də polisə video göndərilməsi barədə məlumatı təsdiqləyib. Klub nümayəndəsi bildirib ki, nə klubun, nə də futbolçunun bu hadisə ilə bağlı şərhi olacaq.


loading...