Yuxarı
loading...
loading...

“Avropada real biznes mühiti ilə tanış olduq” - Azərbaycanlı tələbə təəssüratlarını bölüşür

14.08.2018 13:35 Oxunma sayı: 1299


Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) ilə MBA proqramı çərçivəsində həyata keçirdiyi ikili diplom layihəsində iştirak edən tələbələri bu günlərdə növbəti dəfə İsveçrədə, UBİS-də təcrübədə, bir sıra mühazirələrdə və praktik məşğələlərdə iştirak edib, eləcə də bir neçə təşkilatda müzakirələrə qatılıblar.

Tələbələrdən biri – Əfşan Mehdiyeva öz təəssüratlarını bölüşüb:

- Bir həftə ərzində biz Cenevrə şəhərində, UBİS-də “Finance for international business” dərsini keçdik. Dərslərimiz olduqca aktiv, faydalı və maraqlı təşkil olunurdu. Tutorumuz Dessislava çox təcrübəli mütəxəssis idi və dərslərdə real biznes mühitinə aid çoxsaylı misallar, nümunələr göstərirdi. Qrupumuzda biz azərbaycanlı tələbələrdən başqa Vyetnamdan gələn tələbələr də var idi və onlarla məlumat, təcrübə mübadiləsi bizim üçün çox maraqlı və əhəmiyyətli oldu.

Dərslərdən sonra UNO (Birləşmiş Millətlər Təşkilatı), WTO (Dünya Ticarət Təşkilatı) kimi nüfuzlu qurumlara səfərlər təşkil edildi. Burda bir çox mövzular üzrə müzakirələrdə iştirak etdik, təşkilatların mütəxəssisləri ilə görüşüb, söhbət etmək imkanı əldə etdik.

Ən yaddqalan səfərlərimizdən biri Fongit innovativ start up inkubatoruna oldu. Burada investorlarla ünsiyyətdə olduq, onların təcrübələri ilə tanış olduq. Avropada biznesin təşkili, onun prinsipləri ilə tanışlıq baxımından bu, yaxşı fürsət idi.

Burada olarkən müxtəlif ölkələrdən gələn tələbələri komandalara bölərək iqtisadiyyatda yeni innovasiyalar mövzusunda yarışma təşkil edildi və qürurla deməliyəm ki, bizim komanda birinci yeri tutdu.

Ümumiyyətlə, bu həftə ərzində biz həm bilik, həm də network əldə etdik.

Daha sonra Avropanın bir neçə ölkəsinə tur təşkil edildi. Çox yaddaqalan, heç vaxt unutmayacağımız, eyni zamanda faydalı bir həftə keçirdik.Məlumat üçün bildirək ki, Dünya Ticarət Təşkilatının ofisində qurumun mütəxəssisləri ilə keçirilən görüşdən sonra təşkilat öz Twitter səhifəsində tələbələrimizin fotosunu paylaşaraq, maraqlı müzakirələrə görə təşəkkür edib.


loading...