Yuxarı
loading...
loading...

Bakı küçələrində süpürgəçilərin əvəzinə xüsusi texnika işləyəcək

14.08.2018 10:48 Oxunma sayı: 1350


Son vaxtlarda sosial şəbəkələrdə və ölkə KİV-lərində Bakı küçələrində süpürgəçi qadınların ölüm və yaralanma hallarının müzakirəsi aparılır və küçələrdən zibil təmizləmək üçün avtomobil yollarına yaşlı qadınları yollayan kommunal xidmətlər tənqid edilir.

KİV-lər tərəfindən verilən məlumata görə, yolları təmizləyən süpürgəçi qadınlar arasında həlak olan və xəsarət alanlar var. Sonuncu belə hal avqustun 12-də baş verib.

Bakı şəhər İcra Hakimiyyətindən Trend-ə verilən məlumata görə, bununla əlaqədar vəziyyətin köklü surətdə dəyişməsi istiqamətində işlər həyata keçirilir.


loading...