Yuxarı
loading...
loading...

Adnan Oktara 400 il müddətinə həbs cəzası istəniləcək

13.08.2018 20:22 Oxunma sayı: 2467


Ona qarşı yönələn 31 ittihamın hamısı əsaslıdır

Türkiyədə ciddi səs-küy doğuran Adnan Oktar işi ilə bağlı yeni gəlişmələr var.

 Türkiyə mediası xəbər verir ki, artıq A.Oktarla bağlı istintaq sənədləri, ifadələrdən onun durumunun çox ağır olacağı təsəvvürü formalaşıb.

Türkiyənin “Star” qəzetinin yazarı Ersoy Dədə Adnan Oktar cinayətkar qruplaşmasına aid əməliyyatla bağlı iddianamənin ilk ip uclarını açıqlayıb.

Onun bildirdiyinə görə, A.Oktara qarşı iddialar olduqca güzlüdür: “31 ittihamın hamısının altı doludur. Qız uşaqlarına təcavüz, xəfiyyəlik, təhdid, şantaj, dələduzluq, insanları seks köləsi halına gətirmək və qara pul yuma kimi ittihamların hər biri həqiqəti əks etdirir. Türmədə və azadlıqda olan, aldadılan Adnançıların bundan xəbərləri yoxdur. “Üç-beş günə çıxarıq” deyə gözləyirlər. Amma çıxmayacaqlar! Adnan Oktara 400 il iş istəniləcək. Digər Adnançılar üçün də 35-40 ildən daha az cəzalar istənilməyəcək”.

Hazırda bu işlə bağlı həbsdə olan 170 nəfər var. 50 nəfər axtarışdadır. Üstəgəl, aldadılmış xeyli gənci də bu siyahıya əlavə etsək, 300 nəfərin işinin əks olunduğu bir cinayət işindən söhbət gedir.

Jurnalist E.Dede yazısında aşağıdakı detalları açıqlayıb: “Bu adamlar baş verənləri “iftira” sözü ilə açıqlamağa çalışırlar. Daha ortada iddianamə yox. Ən yaxşı halda bu iddianamənin yazılması bir il davam edəcək. İlk məhkəmə isə 2019-cu ilin sonunda baş tutacaq. Əgər istintaq bitmədən, iddianamə hazır olmadan Adnançılar etirafçı olsalar, istintaqla əməkdaşlıq etsələr, vəziyyət dəyişə bilər. İndiki ərəfədə Adnançı trollar sosial mediada bir-birinə dəstək verməklə məşğuldular. Bu yazıdan sonra da onlar həqarət mesajlarına başlayacaqlar, bilirəm. Məncə, həqarət, təhdid, şantak kimi keçmiş vərdişlərinizi bir kənara qoyun və durub bir qədər düşünün. İngilis dərin dövləti ilə bağlı nağıllarla insanları dəli yerinə qoymaqdan vaz keçin. Bu, sizin üçün körpüdən öncəki son çıxışdır”.


loading...