Yuxarı
loading...
loading...

Ruslar Mariya Butinanın ABŞ-ın kübar cəmiyyətinə yeritmək üçün peşəkar piarçılardan istifadə ediblər

13.08.2018 20:26 Oxunma sayı: 1281


Xəbər verildiyi kimi, ABŞ-da həbs olunan rusiyalı casus Mariya Butinanın fəaliyyətinə maddi yolla dəstək verən şəxs artıq bəlli olub. Bu, Kremlə yaxın milyarder Konstantin Nikolayevdir. Mariya Butina ilə bağlı məhkəmə sənədlərində Konstantin Nikolayevin adı artıq rəsmi olaraq keçir.

Lakin prokurorlar gördüyü işlər üçün pula ehtiyacı olan Butinanın oliqarxdan pul almaq məqsədilə Kremlin yüksək eşelonu ilə sıx əlaəqləri olan, peşəkar piarçı, İqor Pisarskiyə müraciət etdiyini ictimaiyyətə açıqlamayıblar. ABŞ-ın “The Daily Beast” saytı bununla əlaqədar iki mənbəyə əsaslandığı informasiya ilə bağlı xüsusi yazı dərc edib.

Yazıda Pisarskinin Butinanın Nikolayevlə münasibətlərdə vasitəçi kimi rol oynadığı qeyd olunur. Buna görə məhz Mariya Butinanın ABŞ-dakı fəaliyyət zamanı məhz Pisarski alınan qrantların hara və necə xərcləndiyini müəyyən edirmiş.

Картинки по запросу мария бутина игорь писарский

İqor Pisarski

Əvvəllər ortaya çıxmayan bu informasiya Butinanın müxtəlif sahələrdə yüksək mövqe tutan dostlarının olduğunu göstərir. İqor Pisarskinin simasında Mariya Butina zirək, çevik və təcrübəli bir piarçı qazanıb. Pisarkinin Kremlə təşkilatlar, habelə hakim “Vahid Rusiya” partiyası ilə də ciddi əlaqələri var.

Pisarskinin rəfiqəsi,ortkestr musiqçisi və “Orfey” radiostansiyasının musiqi redaktoru Svetlana Bolşakova The Daily Beast -ə onun hazırda Cənubi Amerikada olduğunu söyləyib.

“İqor siyasətdən və siyasətçilərdən uzaq adamdır. Onun üçün mühüm olan səyahət, yemək və dostlarla kampaniya halında gəzməkdir. Pisarksinin hökumət üzvləri ilə ünsiyyət qurduğunu görməmişəm. Onun həm də Moskvada iki elit restoranı var”,-Bolşakova deyib.

Картинки по запросу игорь писарский

Lakin “The Daily Beast” əməkdaşları Pisarksinin Butina ilə yaxın dost olduqlarını müəyyən ediblər. Onların “facebook”da paylaşdıqları fotolarda və statuslarında bir-birlərini yaxından tanıdıqları aşkar olunub.

Məqalədə Pisarkinin Rusiyanın piar sənayesinin ən iri fiqurlarından biri olduğu vurğulanıb. İqor Pisarski 1993-cü ildə “R.I.M. Porter Novelli” adında piar firması açıb.

Şirkətin saytında belə onun müştəriləri araında Rusiya Nəqliyyat nazirliyi, İstehlakçıların hüquqlarnın müdafiəsi sahəsində nəzarət üzrə federal xidmət (Rospotrebnadzor), Maliyyə nazirliyi, FHN və Rusiya poçtu kimi iri büdcəli təşkilatların olduğu göstərilib.

PİSARSKİ.JPG (66 KB)

Bundan başqa, saytda “Vahid Rusiya” partiyası və “Skolkovo”nun (“Silikon vadisi”nin Rusiyadakı analoqu) adı çəkilir.

Pisarskinin firması ABŞ-ın sanksiyası altına düşən “Rostex”, “Qazprom”, və “Bank Moskvı” kimi iri biznes təşkilatları ilə çalşır.


loading...