Yuxarı
loading...
loading...

ABŞ-dan Türkiyə açıqlaması Hələ də dostuq

07.08.2018 19:02 Oxunma sayı: 1169


Mövcud gərginliyə baxmayaraq ABŞ Türkiyənin sağlam dostu və müttəfiqi olaraq qalmaqdadır.

Bu barədə məlumatı öz Tvitter səhifəsində ABŞ-ın Ankaradakı səfirliyi yayıb.

“Ölkələrimiz canlı bir iqtisadi əlaqəyə sahibdir. Guya ABŞ rəsmilərindən birinin dolların 7 lirə olacağı haqqında söylədiyi fikirlər əsassızdır və xəbərlərin Türkiyə mediasında yer alması narahatvericidir. Bu, uydurulmuş və əsassız yalandır” – deyə açıqlamada bildirilib.

Qeyd edək ki, bundan öncə Türkiyənin Rusiya Araşdırmalar İnstitutunun rəhbəri Saleh Yılmaz ABŞ səfirliyinin nümayəndələrindən birinin ona dolların 7 lirəyə qədər bahalaşacağı haqqında məlumat verdiyi barədə informasiya paylaşmışdı.


loading...