Yuxarı
loading...
loading...

Qəbələdə fortepiano musiqisi axşamı...

07.08.2018 18:31 Oxunma sayı: 1443


İyulun 30-da startı verilən X Qəbələ Beynəlxalq Musiqi Festivalında artıq son akkordlar çalınır. Proqrama uyğun olaraq, festivalın sonuncu günü, avqustun 7-də axşam saatlarında musiqisevərlərə fortepiano musiqisi axşamı təqdim olunub.

Heydər Əliyev Konqres Mərkəzinin kamera zalında keçirilən konsertdə Azərbaycanın tanınmış gənc pianoçuları çıxış ediblər.

Konsertdə S.Raxmaninovun, S.Prokofyevin, F.Listin və M.Ravelin əsərləri səsləndirilib.

Tamaşaçılar beynəlxalq müsabiqələr laureatı Əli Məmmədovun, adları Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na daxil edilən, Prezident təqaüdçüləri, 2016-cı ildə VIII Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində təşkil edilən Pianoçuların IV Beynəlxalq müsabiqəsində birinci yerə layiq görülən Vurğun Vəkilovun və Nərmin Nəcəflinin ifalarını alqışlarla qarşılayıblar.


loading...