Yuxarı
loading...
loading...

Ramil Usubov Şəkiyə gedir

07.08.2018 17:34 Oxunma sayı: 1436


Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Ramil Usubov avqustun 25-də saat 10:00-da Şəki, Balakən, Qax, Oğuz, Zaqatala və Qəbələ şəhər və rayonlarının sakinlərini Şəki Şəhər Rayon Polis Şöbəsində qəbul edəcək.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, vətəndaşlar daxili işlər orqanlarının əməkdaşlarının fəaliyyətinə və nazirliyin səlahiyyətlərinə aid məsələlərlə bağlı müraciət etməklə qəbula yazıla bilərlər.

Qəbula gələnlər şəxsiyyət vəsiqəsini təqdim etməlidirlər.


loading...