Yuxarı
loading...
loading...

Telman İsmayılovun otelinə bahalı müştəri: İllik 8 milyon avro təklif edildi

07.08.2018 15:11 Oxunma sayı: 2208


Almaniya və Türkiyədə toplam 13 otellə xidmət verən Titanik  Otelləri Mardan Palaca müştəri oldu.

Türkiyə mediası xəbər verir ki, Titanik Otelləri rəhbəri Mehmet Aygün "Otel sahibləri ilə əl sıxışdıq. İllik kirayə məbləği olaraq 8 milyon avro təklif etdik” dedi.

M.Aygün, Titanik markası ilə İstanbulda açılan yeni otelin iclasında bir qrup qəzetçiyə açıqlama verib.

Mardan Palace kimi bir investisiyanın qapalı qalmasının doğru olmadığını vurğulayan Aygün aşağıdakıları deyib: “Otel sahibləri ilə əl sıxışdıq. İllik kirayə məbləği olaraq 8 milyon avro ödədik. İndi qrupun borclu olduğu bankdan gələcək cavabı gözləyirik. Əgər bank da qəbul edərsə, oteli biz işlədəcəyik”.

Mardan Palace hoteli Antalya Kunduda 2009-cu ildə Azərbaycan əsilli iş adamı Telman İsmayılov tərəfindən 1.4 milyard dollar xərclənərək, xidmətə verilib. Amma otel borclarına görə icralıq olmuşdu.

“Hürriyet” daha öncə də borclarına görə icralıq olub, sənədləri Halk Bankına dövr edilən Mardan Palace Hotel üçün Titanik Hotels və Maya Qrupunun masada olduğunu gündəmə gətirmişdi.


loading...