Yuxarı
loading...
loading...

Trampdan İranla bağlı daha bir TƏHDİD “Kim ticarət aparsa...”

07.08.2018 16:37 Oxunma sayı: 1413


"İranla ticarət edənlər ABŞ-a heç bir əməkdaşlıq edə bilməyəcək".

Bu barədə ABŞ prezidenti Donald Tramp Tvitter hesabında yazıb.

Tramp bildirib ki, o, dünyada sülh istəyir:

“İrana sanksiyalar rəsmən elan edildi. İndiyə qədər ən sərt sanksiyalar bunlardır və noyabr ayında daha üst səviyyəyə çıxacaq. İranla ticarət aparan hər kəs ABŞ-la əməkdaşlıq edə bilməyəcək. Dünyada sülh istəyirəm”.

Qeyd edək ki, İrana qarşı sanksiyaların ilk mərhələsi bu gün səhər saat 07.01-dən etibarən başlayıb.


loading...