Yuxarı
loading...
loading...

Partiya sədrinin evi qarət olundu

07.08.2018 16:26 Oxunma sayı: 1386


Aydınlar Partiyasının sədri, Milli Məclisin sabiq deputatı Qulamhüseyn Əlibəylinin mənzili qarət olunub.

Qulamhüseyn Əlibəyli faktı təsdiqləyib.

Partiya sədri hadisənin konkret olaraq hansı gündə baş verdiyini bilmədiyini deyib.

Onun sözlərinə görə, qarət onun yaşadığı Yasamal rayonu F.İbrahimbəyov küçəsi bina 12-də baş verib.

O bildirib ki, ailə üzvlərimizlə birlikdə avqustun 3-dən -6-dək evdə olmamışıq və yəqin ki, hadisə də bu dövrdə olub.

Q.Əlibəyli deyib ki, evindən təqribən 10 min manat dəyərində qızıl-zinət əşyaları oğurlanıb: “Hadisə ilə bağlı Yasamal RPİ-nin 27-ci Polis Bölməsinə məlumat verilib və istintaq əməliyyatı gedir”.

Oğru və ya oğruların mənzilə eyvandan keçməklə daxil olublar.


loading...