Yuxarı
loading...
loading...

Güneydə dəhşətli qəza: 4 fəhlə dağıntılar altında qaldı

07.08.2018 15:52 Oxunma sayı: 1199


Güney Azərbaycanın Mərənd şəhərində buğda anbarında bədbəxt hadisə baş verib.

Anbarın divarının çökməsi nəticəsində 4 fəhlə dağıntılar altında qalıb. Onların cəsədi xilasetmə qrupu tərəfindən çıxarılıb.

Şərqi Azərbaycan Təcili Tibbi Yardım Mərkəzinin sözçüsü Vahid Şadiniya bildirib ki, qəzaya anbara yüklənən buğdanın ağırlığı səbəb olub.


loading...