Yuxarı
loading...
loading...

Sosial şəbəkələr bu ölkədə bağlanır

07.08.2018 15:38 Oxunma sayı: 1291


Hindistan hökuməti ölkənin telekommunikasiya xidmətləri göstərən şirkətlərinə Feysbuk, İnstaqram, Votsap və Teleqram kimi sosial şəbəkələrin bağlanılması məsələsinə baxmağı tapşırıb.

Bu barədə “Ekonomik Tayms” qəzeti məlumat yayıb.

Məlumata görə, Hindistan hökuməti bu addımı sosial şəbəkələrdə yayılan dezinformasiyaların qarşısını almaq məqsədilə atıb. Bildirilib ki, yayılan yalan xəbərlər 2019-cu ildə keçiriləcək ümumxalq seçkilərinin nəticələrinə təsir göstərə bilər.


loading...