Yuxarı
loading...
loading...

ABŞ və Türkiyə razılaşdı 2 gün ərzində...

07.08.2018 15:14 Oxunma sayı: 1405


ABŞ-ın Maliyyə Nazirliyinin Türkiyəyə qarşı sanksiyaları elan etməsindən sonra iki ölkə arasında aparılan diplomatik danışıqlarda müsbət nəticə əldə edilib.

Bu haqda diplomatik mənbələrdən bildirilib.

Mənbələrə görə, müəyyən mövzularda, həmçinin Türkiyə və ABŞ Amerikanın ədliyyə naziri Əbdülhəmid Gül və daxili işlər naziri Süleyman Soyluya qarşı tətbiq etdiyi sanksiyalarla bağlı ilkin razılaşma əldə edib. Məlumata görə, ilkin razılaşma əldə olunan mövzular ətrafında ətraflı müzakirələr aparmaq və prosesi daha da irəliyə aparmaq üçün Türkiyədən olan nümayəndə heyəti 2 gün ərzində Vaşinqtona gedəcək.

Bildirilir ki, Ankara və Vaşinqton iki ölkə arasında yaranmış problemi qarşılıqlı anlayış və dialoq yolu ilə həll etməyə hazır olduqlarını ifadə edib.


loading...