Yuxarı
loading...
loading...

İran üçün FƏLAKƏTLİ GÜNLƏR BAŞLADI Analitikdən ŞOK PROQNOZLAR

07.08.2018 14:52 Oxunma sayı: 1185


Beynəlxalq Analitik Tədqiqatlar İnstitutunun sədri, italiyalı politoloq Tiberio Qrasiani ABŞ-ın İran barəsində sanksiyaların bərpası barədə qərarının mümkün nəticələrindən danışıb.

Analitik sanksiyaların İran üçün ağır nəticələrinin olacağını bildirib.

“Sanksiyalar polad və qızıl kimi strateji əhəmiyyətli metallarla bağlı əhəmiyyətli sektorlara, bütovlükdə nəqliyyat və maliyyə sektorlarına və İranın infrastrukturuna ölümcül zərbə olacaq. Tramp tərəfindən nəzərdə tutulmuş cəza ölçülərinin ikinci mərhələsi noyabrda başlanacaq. ABŞ İran üçün həyati əhəmiyyət daşıyan energetika və neft sektorlarına sanksiyalar tətbiq edəcək. Bundan başqa, ölkənin bank sektoru daha güclü zərbə alacaq”, - o deyib.

Ekspertin sözlərinə görə, İrana qarşı sanksiyalar dünya iqtisadiyyatına da təsir edə bilər:

“Hələ ki Avropa İttifaqı sanksiyalar nəticəsində zərər çəkəcək Avropa şirkətlərinin müdafiəsi üçün cavab tədbirləri görməyib. İrana qarşı sanksiyalar həmçinin Vaşinqton və Moskva arasında gərginliyin yeni nöqtələrinin yaranmasına səbəb olacaq və Rusiya-Amerika münasibətlərinə təsir edəcək. İrana belə bir zərbə Yaxın Şərqdə sonrakı destabilizasiyanı özü ilə gətirəcək. İrana qarşı sanksiyalar yalnız Vaşinqton və Tehranın münasibətlərinə deyil, qlobal siyasətə təsir edəcək”.

Qeyd edək ki, bu gün ABŞ prezidenti Donald Tramp İranın nüvə proqramı ilə bağlı Hərtərəfli Birgə Fəaliyyət Planının qəbulundan sonra İrana qarşı ləğv edilmiş sanksiyaları bərpa edib.

Fransanın Xarici İşlər Nazirliyinin başçısı Jan-İv Le Drian, onun Britaniyadan olan həmkarı Ceremi Xant, Almaniyanın xarici işlər naziri Xayko Maas, həmçinin Avropa İttifaqının diplomatiyasının başçısı Federika Mogerini bu qərarla əlaqədar təəssüfünü ifadə ediblər. Bəyanatda vurğulanır ki, Avropa İttifaqı avqustun 7-dən İran barəsində Amerika sanksiyalarından Avropa şirkətlərini qoruyacaq reqlamenti aktivləşdirir.

İsrailin baş nazir İsrail Benyamin Netanyahu isə Avropa ölkələrini ABŞ-ın ardınca İrana qarşı sanksiyaları bərpa etməyə çağırıb.

“Mən İran barəsində sanksiyaların tətbiqi ilə bağlı ABŞ prezidenti Donald Trampın və Amerika administrasiyasının əhəmiyyətli qərarını alqışlayıram. Mən Avropa ölkələrini bu təşəbbüsə qoşulmağa çağırıram. Danışıqların vaxtı keçdi, hərəkət etməyin vaxtı gəldi”, - o deyib.

İran prezidenti Həsən Ruhani bildirib ki, sanksiyaların bərpasından sonra ABŞ prezidenti Donald Trampla danışıqlar heç bir məna daşımır. O ABŞ-ı İrana qarşı "psixoloji müharibə" aparmaqda ittiham edib.


loading...