Yuxarı
loading...
loading...

İrana görə ABŞ-la Avropa üz-üzə gəldi Trampa ZƏRBƏ

07.08.2018 14:47 Oxunma sayı: 1448


ABŞ-ın İrana qarşı sanksiyaları işə salması Avropa İttifaqı tərəfindən sərt qarşılanıb.

Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Federika Moqerini nüvə anlaşmasına sadiq qalan İranla iqtisadi əməkdaşlığı artıracaqlarını açıqlayıb.

Moqerini qeyd edib ki, bu əməkdaşlıq həm bölgə, həm də dünyada təhlükəsizliyin xeyrinədir.

“Nüvə anlaşmasının İran xalqına qazandırdığı iqtisadi faydaların davam etməsi və İranın bu anlaşmada qalması üçün əlimizdən gələni edəcəyik”, - deyə o bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp nüvə anlaşmasına görə təxirə salınan sanksiyaların ilk mərhələsini tətbiq etməyə başladı. Sanksiyalar siyahısına İranın ABŞ dollarına çıxışının qarşısının alınması, dövlət istiqrazlarının satılması, qızıl, almaz və digər qiymətli metallar, polad, alüminium, kömür, həmçinin İrana idxal edilən təyyarə və ya onun detalları, gəmiqayırma sahəsi daxildir. Bununla yanaşı, xarici şirkətlərin İranın avtomobil sektoruna girməsinin qarşısını alacaq cəzalar, əl istehsalı olan xalçaların, şam fıstığı kimi qida məhsullarının ABŞ-a ixracı da sanksiyalarla qadağan hesab olunur. Sanksiyaların ikinci mərhələsi noyabrın 5-də tətbiq ediləcək.

Avropa isə Trampın istəklərinin əksinə olaraq, İranla nüvə anlaşmasından çıxmaq istəmir. Böyük Britaniya, Fransa və Almaniya dünən birlikdə İrana dəstək bəyanatı imzalayıb.


loading...