Yuxarı
loading...
loading...

Ani Lorak İsrailə qaçdı – Xəyanət edən ərinə görə… - Foto

07.08.2018 14:12 Oxunma sayı: 1458


Həyat yoldaşının xəyanəti ilə üzləşən məşhur ukraynalı müğənni Ani Lorak qızı ilə birlikdə İsrailə gedib.

Buna səbəb Lorakın xəyanət ətrafında yaranmış qalmaqal olub.

Müğənni artıq Qüdsdədir. O, bir neçə gün əvvəl həyat yoldaşı, türkiyəli iş adamı Murat Nalçayıoğlunu ukraynalı qadınla tutmuşdu.

İş adamı sevgilisi üçün Kiyevin mərkəzində ev kirayələyib, xəyanətin üstü də burada açılıb.

Qeyd edək ki, əslən azərbaycanlı olan Murat Nalçayıoğlu öz biznesini də Ani Lorakın pulları hesabına qurub.

Ani və Muradın sevgi hekayəsi 2005-ci ildən başlayır. O, Muradla Türkiyədə otellərin birində istirahət edərkən tanış olmuşdu. 2009-cu ildə isə evlənmişdilər. Cütlüyün bu evlilikdən Sofiya adlı qızları var. O, 2011-ci ildə doğulub. Rəsmi nikahdan sonra Lorak Kiyevdə Murad üçün 4 restoran alıb.

Bir neçə gün əvvəl isə o, həyat yoldaşının xəyanət etməsindən xəbər tutaraq, Kiyevdən uzaqlaşıb. Lorak sosial şəbəkədə Qüdsdə qızı ilə birlikdə çəkdiyi şəkilləri yayımlayıb.

 


loading...