Yuxarı
loading...
loading...

Röya müğənni Elnarəni YIXIB-SÜRÜDÜ: "Mən canlı ölüləri..." - VİDEO

07.08.2018 12:44 Oxunma sayı: 1540


Əməkdar artist Röya Ayxanla müğənni Elnarə Xəlilovanın münasibətləri yenidən korlanıb.

Buna səbəb E.Xəlilovanın Röyaya irad bildirməsi olub.

R.Ayxan keçən həftə "Mənə sevgindən bəhs et" adlı yeni mahnısını instaqramda paylaşıb. Elnarə Xəlilova isə bu yaxınlarda sosial şəbəkədə Uitni Hyustonun "I have nothing" mahsını paylaşaraq bu ifanı çox sevdiyini yazıb. Daha sonra izləyicilərdən biri sözügedən mahnının Uitni Hyustonun "I have nothing" kompozisiyası ilə oxşar olduğunu deyib. Həmçinin tanınmış bəstəkar Muxtar Abseynov da paylaşıma "Mən bildim" şərhini yazıb.

Elnarə ona "Röyanın mahnısıdır ki?" şərhini yazan izləyicisinə "Qulaqlar işləyir. Oxşayır, yox?" deyə cavab verib.

Xəlilovanın Röyanı ifşa etməsi həmkarını özündən çıxarıb. O, bir vaxtlar rəfiqəlik etdiyi Xəlilovanın təhsilində yaranmış problemi həll etdiyini xatırladıb. Artist uzun müddətdir ki, küsülü olduğu həmkarına instaqramdan cavab verib:

"Məni dindirmə qız, qarabağlılara hörmətim var, pozma. Xanım Elnarə, siz oxumuş qadınsınız. Sadə insanları maarifləndirməlisiniz. Bunu deməyə haqqım var. Çünki unutmadınızsa, təhsilinizin çətin dönəmində Allah məni sizə yetirmişdi. Xırdalamayaq, düzdürmü? Hara, necə, nə cür...

Onu qoydum bir kənara. Siz axı hər şeydən xəbərdar, "stildar", "bilikdar", peşəkar izləyicisiniz. Onda elə çıxır ki, CeyLonu dəvət edək sual verək ki, "Lambada"nı niyə öz mahnısına salıb oxudu? Tam deyil, amma oxşarlıq varsa, təbii ki, rəhmətliyin əsərinə bənzəməsi şərəfdir. Mən axı canlı ölüləri harama qoyacam?

Ay Muxtar, sən də bildin? Siz biləni uşaqlar dərib vurublar bazara. O da deyəsən heç keçə bilməyib. Çürüyü varmış. Qaldı gələn ilə".

Qeyd edək ki, Röyanın plagiat olduğu deyilən "Mənə sevgidən bəhs et" adlı yeni mahnısının sözləri və bəstəsinin müəllifi Zülfi Bədəlovdur. Z.Bədəlov tanınmış aparıcı və aktrisa Zümrüd Bədəlovanın qardaşıdır.


loading...