Yuxarı
loading...
loading...

Azərbaycan çempionatında türk referi hakimlik edəcək

06.08.2018 19:45 Oxunma sayı: 1411


Azərbaycan Premyer Liqasında əcnəbi hakim peyda olub.
 
Söhbət türkiyəli ədalət təmsilçisi Mehmet Güngördən gedir.
 
O, Bakıda yaşayacağı bir il ərzində Azərbaycanda hakimlik edəcək. Lakin o əvvəlcə I divizionda nəyə qadir olduğunu göstərəcək.
 
Qeyd edək ki, Mehmet Güngör indiyədək Türkiyə I divizionunda cəmi bir dəfə oyun idarə edib. Bu, 2016-cı ilin fevralında “Şanlıurfaspor”la “Samsunspor” arasında keçirilən qarşılaşma olub.
 
Bundan başqa, həmin il onun aşağı dəstədə “İhsaniyəspor” – “Gəbzə Kiraz Pınarspor” matçında meydan sahiblərinin xeyrinə çıxardığı şübhəli qərarlardan ötrü İntizam Komitəsi tərəfindən cəzalandırılıb və o, həvəskarlar liqasına göndərilib.

loading...