Yuxarı
loading...
loading...

Anar Nağılbaz vəfat etdi

04.08.2018 20:05 Oxunma sayı: 1593


Tanınmış reper Anar Nağılbaz rəhmətə gedib.
 
Bu barədəreperə yaxın şəxslər məlumat verib. Əməkdaşımız faktı dəqiqləşdirmək üçün Anar Nağılbazın atası ilə əlaqə saxlayıb. Rizvan Cəbiyevin telefonuna cavab verən xanım adının açıqlanmasını istəməsə də, onun ölümünü təsdiqləyib. Bildirib ki, o, stressdən vəfat edib.
 
Əlavə edib ki, Nağılbaz bir neçə gün imiş özünü pis hiss edirmiş.
 
***

Reperin ailəsindən verilən yeni məlumata görə, o, bu gün evə gəldikdən sonra halı pisləşib və huşunu itirib. O, təcili yardımla xəstəxanaya aparılarkən yolda keçinib.
 
Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Füzuli şəhəri, Horadiz qəsəbəsində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb. 1990-cı ildə ilk dəfə Horadizdə "Beynəlxalq gənc mətbuatçılar festivalı"nda "Bivəfa" repini ifa edib. 1991-ci ildə "Aysel" miniatür teatr studiyasını yaradıb. 1992-ci ildə "Canlı klip şou" rep bəstəsini geniş ictimaiyyətə təqdim edib. 1993-cü ildə "Narkodünya" mahnısı ilə şöhrət qazanıb. 1990-1992-ci illərdə "Kirpi" jurnalının, 1993-1995-ci illərdə "Naxçıvan" qəzetinin müxbiri olub. Böyük səhnəyə 1993-cü il fevralın 28-də "Canlı klip" teatrının müşayiəti ilə Azərbaycan Dövlət Sirkində çıxıb. 1996-cı ildə ilk albomu işıq üzü görüb.

loading...