Yuxarı
loading...
loading...

Orxan Camalı dəfn etmək mümkün olmayıb

06.08.2018 10:43 Oxunma sayı: 1597


Mərkəzi Afrika Respublikasında öldürülmüş rusiyalı jurnalist Orxan Camalı dəfn etmək mümkün olmayıb.
 
Bu barədə onun dostu Maksim Şevçenko "Facebook” səhifəsində yazıb. Bildirib ki, buna səbəb Rusiyanın MAR-dakı konsulu tərəfindən jurnalistin ölümü ilə bağlı imzaladığı yekun rəyin itirilməsidir və yekun rəy olmadan dəfn gerçəkləşə bilməz. 
 
Məsələyə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova da münasibət bildirib: 
 
"Düşünürəm ki, yekun rəyi yük təyyarəsində itiriblər. Həmin sənəd olmadan isə dəfn mümkün deyil. Rusiyanın MAR-dakı səfirliyi, İstintaq komitəsi və Xarici İşlər Nazirliyi sənədin bərpasına çalışır”.

loading...