Yuxarı
loading...
loading...

Şanlıurfa və Battalqazi Abşeronla qardaşlaşacaq

05.08.2018 11:37 Oxunma sayı: 1386


Millət vəkili Qənirə Paşayevanın başçılıq etdiyi “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin dəvəti ilə ölkəmizə səfər edən qardaş Türkiyə Cümhuriyyətinin Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihad Çiftçi, Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan, GAP Media mənsubları cəmiyyətinin başqanı Həmid Özpolad və Duru TV-nin müdiri Məhməd Canbekdən ibarət heyət Abşeron rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova ilə görüşüblər.

Axar.az xəbər verir ki, görüşdə Abşeron rayon icra başçısı İ.Gülməmmədova Abşeronun tarixi, bugünki vəziyyəti, iqtisadi potensialı və imkanları barədə geniş məlumat verib və deyib ki, Abşeron rayonu Bursanın Yıldırım bələdiyyəsi ilə qardaşlaşıb və orada Abşeron rayon icra hakimiyyəti tərəfindən ümummili lider Heydər Əliyev adına park və abidənın açılışı həyata keçirilib və qardaş Türkiyə ilə hər istiqamətdə əməkdaşlığa böyük önəm verirlər.

Şanlıurfa Böyükşəhər bələdiyyəsinin başqanı Nihdt Çiftçi və Malatyanın Battalqazi bələdiyyəsinin başqanı Səlahəddin Gürkan təmsil etdikləri bölgələri haqqında geniş məlumat veriblər və millət vəkili Q.Paşayevanın bu bölgələrə səfərləri zamanı hər zaman bu bölgələrin Azərbaycanın bölgələri ilə qardaşlaşması təklifi ilə çıxış etdiyini deyiblər və Azərbaycanın bölgələri, o cümlədən Abşeronla qardaşlaşmanın çox gözəl bir addım olacağını qeyd ediblər. Türkiyəyə qayıtdıqdan sonra təmsil etdikləri bölgələrin Abşeron ilə qardaşlaşması məsələsi üzərində işləyəcəklərini və yaxın zamanlarda qardaş bələdiyyələrin yaradılacağına ümidvar olduqlarını bildiriblər. Ümummilli lider Heydər Əliyevin "bir millət, iki dövlət" düşüncəsini qeyd edən və cənab Prezident İlham Əliyevin qardaş Türkiyə ilə əməkdaşlığa hər zaman böyük önəm verdiyini deyən Abşeron rayon icra başçısı İ.Gülməmmədova da qardaş Türkiyənin bölgələri ilə qardaşlaşmaqdan böyük məmnuniyyət duyacağını qeyd edib. Görüşün sonunda türkiyəli qonaqlar bölgələrini tanıdan hədiyyələri Abşeron rayon icra başçısında təqdim ediblər. Görüşdə iştirak edən GAP Media mənsubları Cəmiyyətinin başqanı Həmid Özpolat və “Duru TV”-nin baş müdiri Məhməd Canbek Azərbaycanın, o cümlədən Abşeronun Türkiyədə daha yaxından tanıdılması, bura Türkiyədən çoxlu çayda turistlərin cəlb edilməsi istiqamətində media qurumlarınının öz səylərini artırmalarının vacibliyini qeyd ediblər və media qurumlarının təmsilçiləri olaraq üzərlərinə düşən vəzifəni yerinə yetirməyə çalışacaqlarını deyiblər.

Daha sonra türkiyəli qonaqlar Abşeron rayonu ilə yaxından tanış olublar.


loading...