Yuxarı
loading...
loading...

İlham Əliyev Patris Talonu təbrik etdi

31.07.2018 19:44 Oxunma sayı: 1416


Prezident İlham Əliyev Benin Respublikasının Prezidenti Zati-aliləri cənab Patris Talona təbrik məktubu ünvanlayıb.

Bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Təbrikdə deyilir:

“Hörmətli cənab Prezident,

Benin Respublikasının milli bayramı - Müstəqillik Günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost xalqınıza sülh və tərəqqi arzulayıram”.


loading...