Yuxarı
loading...
loading...

Qapıçı oyun zamanı telefondan istifadə etdiyinə görə cəzalandırılıb

27.07.2018 21:31 Oxunma sayı: 1321


Braziliya idman məhkəməsi "Atletico Paranaense" klubunu cəzalandırıb.

UOL nəşri xəbər verir ki, buna səbəb klubun qapıçısı Aderbar Santosun oyun zamanı mobil telefondan istifadə etməsi olub. Santosun klubu bu hadisəyə görə, 13 min dollar məbləğində cərimə olunub. Qapıçıya isə 1 oyunluq cəza verilib.

Aderbar Santos avtomobilin sükanı arxasında telefondan istifadə edən şəxslərə qarşı aksiyada iştirak edərək bu addımı atdığını bildirib: "Telefonla oyuna çıxdığım üçün cəzalandırıldım. Lakin sükan arxasında telefondan istifadə edən şəxslər üçün də eyni cəzaların tətbiq olunmasını istəyirəm".


loading...