Yuxarı
loading...
loading...

Millimizin oyunlarının vaxtı açıqlandı

27.07.2018 17:01 Oxunma sayı: 1476


21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Avropa çempionatının seçmə mərhələsində keçirəcəyi 3 oyunun vaxtı və stadionu müəyyənləşib.

Rəşad Sadıqovun rəhbərlik etdiyi kollektiv sentyabrın 6-da, saat 21:00-da İsrail, sentyabrın 11-də, saat 20:00-da isə Norveç komandası ilə üz-üzə gələcək. Hər iki oyun “Dalğa Arena”da keçiriləcək.

Komandanın Norveçin müvafiq yaş qrupundan ibarət yığması ilə oktyabrın 16-dakı görüşü isə Drammen şəhərindəki "Marienlyst Stadium"da, yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə saat 20:00) keçiriləcək.


loading...