Yuxarı
loading...
loading...

NASA Günəşə gəmi göndərir

23.07.2018 14:25 Oxunma sayı: 1391


"Parker Solar Probe" kosmik gəmisi 6 avqust tarixində Günəşə doğru yola çıxacaq.
 
NASA-nın 1,5 milyard dollara başa gələn layihəsi olan "Parker Solar Probe" Günəşə 6,1 milyon km məsafəyə qədər yaxınlaşacaq və Günəşin necə isindiyini, bu ulduzun atmosferini və küləkləri araşdıracaq. Kiçik avtomobil ölçüsündə olan kosmik gəmi yüksək temperatur və radiasiyaya davamlıdır. Tədqiqat prosesi 7 il davam edəcək.
 
Qeyd edək ki, "Parker Solar Probe" Günəşə ən yaxın məsafəyə gedən kosmik gəmi olacaq. 

loading...